|
|
|
|
Bu yaxınlarda "Mücrü" nəşriyyatındagənc yazar Qüdrət Kərim Sabitin "Bəyaz cəhənnəmdə qanlı üfüq" kitabı çapdan çıxıb. "Proza" seriyasında çap olunan bu əsər "Bəyaz cəhənnəmdə əbədi ömür"dən sonra müəllifin ikinci kitabıdır.
Qeyd edək ki, ADA Universitetinin məzunu olan gənc yazar bədii yaradıcılıqda məhz dramaturgiyanı seçib. Müəllifin bu kitabında psixoloji və fəlsəfi nüanslarla zəngin detektiv dram əsəri yer alıb. Kitabdakı hadisələr məchul bir zamanda Bakı şəhərində cərəyan edir. Pyesdə şablon və fanatik düşüncələri qəbul etməyən, bu səbəbdən də böyük dövlətlərin şahmat oyununda kiçik fiqurlar olmağı rədd edən bir qrup mübariz insanın həyat hekayəsindən bəhs olunur.