Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi Xalq yazıçısı Elçinin 80 illik yubileyi münasibətilə hazırlanan "Müqəddəs söz-sənət ocağının nurlu varisi - Elçin Əfəndiyev" adlı metodik vəsaiti virtual rejimdə istifadəçilərə təqdim edib.
Vəsaitin əvvəlində yazıçının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. II hissədə isə metodik köməklik məqsədilə yubliyarla bağlı kitabxanalarda, orta və ali təhsil müəssisələrində keçirilə biləcək tədbirlərin planı təqdim olunub.
Təqdim edilən vəsait kitabxanaçılar, metodistlər, müəllimlər, tələbələr ümumilikdə bütün istifadəçiər üçün nəzərdə tutulub. Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının fondu əsasında hazırlanmış, yazıçının öz əsərlərindən və onun haqqında yazılan kitablardan ibarət ədəbiyyat siyahısı təqdim edilir.