https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
search
3 İyul 2026
2 İyul 2026

Mourinyo mundialın ulduzlarının adını çəkdi

Mourinyo mundialın ulduzlarının adını çəkdi

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo öz versiyasına əsasən, DÇ-2014-ün ulduzlarının adını çəkib, həmçinin Argentina millisinin hücumçusu Lionel Messi haqda fikirlərini bildirib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Mourinyo deyib ki, Messinin son onilliyin tarixi futbolçusu olduğunu sübut etmək üçün dünya çempionluğunu udmasına gərək yoxdur: “Amma mənim üçün o, bütün dövrlərin ən yaxşı futbolçusu deyil”.

Portuqaliyalı mütəxəssisin fikrincə, DÇ-2014-ün ən yaxşı oyunçusu Aryen Robbendir: “Aryen ilk matçdan son oyuna qədər bütün matçları yüksək səviyyədə keçirən yeganə futbolçudur. Onun oyununda eniş yox, yalnız yüksəliş oldu”.

Mourinyo gənc futbolçulardan Fransa millisinin 21 yaşlı yarımmüdafiəçisi Pol Poqbanın adını qeyd edib: “Komandası yarımfinala çıxa bilməsə də, o, turniri yaxşı səviyyədə keçirdi. Poqba sübut etdi ki, növbəti dünya çempionatının böyük oyunçusu olacaq”.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.