|
|
|
|

Bu ilin yanvar-mart aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 346,91 milyon manat sığorta haqqı toplanılıb.
525.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 34,2 faiz çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 102,29 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 67,1 faiz çoxdur.
3 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 29,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 23,7 manat olub.



