Azərbaycan prezidenti İlham Əliyev Niderland Krallığının baş naziri Mark Rütteyə başsağlığı verib.
525.az-ın prezidentin rəsmi saytına isitnadən verdiyi məlumata görə, başsağlığı məktubunda deyilir:
“Hörmətli cənab baş nazir. “Malaysia Airlines” şirkətinə məxsus “Boeing-777” təyyarəsinin qəzaya uğraması nəticəsində çox sayda həmvətəninizin həlak olması xəbəri məni sarsıtdı. Baş vermiş bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.