Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
525.az xəbər verir ki, yolu qarşı tərəfə keçmək istəyən 1983-cü il təvəllüdlü Bəylərov Nail Mahiyyəddin oğlunu avtomobil vurub.
Piyada aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.