
Tacikistanın daxili işlər naziri Ramazan Rəhimzadə 100-ə yaxın tacik məhbusun Rusiya həbsxanalarından Rusiya-Ukrayna müharibəsinə göndərildiyini açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Rəhimzadə Düşənbədə keçirdiyi mətbuat konfransında Rusiya həbsxanalarından döyüşə göndərilən tacikistanlı məhbuslarla bağlı məlumat paylaşıb.
Rusiyada həbsxanalarda saxlanılan 100-ə yaxın tacikistanlı məhkumun bölgəyə göndərildiyini qeyd edən Rəhimzadə məsələ ilə bağlı Rusiya rəsmilərinin məlumat vermədiyini, iki ölkə arasında məsələ ilə bağlı heç bir razılaşma olmadığını bildirib.
Rəhimzadə Rusiya həbsxanalarından bölgəyə göndərilən tacik məhbuslar haqqında məlumat verən ilk Tacikistan rəsmisi olub.
Qeyd edək ki, bundan sonra Tacikistan mediası Rusiya-Ukrayna müharibəsində həyatını itirən 20 tacik məhbusun şəxsiyyət məlumatlarını açıqlayıb.
Malik Atilay



