
Rus pilotlar Ermənistanda təlim uçuşları həyata keçirib.
525.az Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiyanın Ermənistanda yerləşdirilmiş 102-ci bazasının aviasiya ekipajları akrobatik elementlər yerinə yetiriblər.
Təlimlər Erebuni aerodromunda həyata keçirilib. Uçuşlara Cənub Hərbi Dairəsinin 120-dən çox hərbi qulluqçusu, 20-yə yaxın hərbi və xüsusi texnika cəlb olunub.
Qoşqar Bəylərov



