
Türkiyənin Əskişəhər vilayətinin Alpu mahalının Beyazaltın səmtində meşədə yanğın başlayıb.
525.az Türkiyə mediasına istinadən xəbər verir ki, əraziyə Əskişehir Meşə İdarəsinin yanğınsöndürmə qrupları cəlb edilib.
Yanğının söndürülməsi işlərinə 4 helikopter və 1 təyyarə ilə havadan dəstək verilir.
Qeyd edək ki, alovlara, 5 su çəni, 2 su tankeri və ekoloji yanğınsöndürənlər müdaxilə edirlər.
Qoşqar Bəylərov



