
Qazaxıstanın Karaqanda vilayətində minik maşını ilə mikroavtobusun toqquşması nəticəsində ağır yol qəzası olub.
525.az xəbər verirk ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hadisə nəticəsində 9 nəfər ölüb, 1 nəfər xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı ibtidai istintaq başlayıb və müvafiq ekspertizalar təyin edilib.



