Avqustun 11-i saat 10 radələrində, Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Orxan Şükürzadə idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən qəsəbə sakini, 1946-cı il təvəllüdlü Gülməmməd Pənahovu vurub. Nəticədə G.Pənahov hadisə yerində ölüb.