Bakıda baş vermiş dəhşətli qəzada ölənlərin sayı 4-ə çatıb.
3 Saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, Maştağa qəsəbəsində gecə saatlarında baş vermiş ağır qəzada yaralanan Məmmədov Musa Tahir oğlu və Əsgərov Mircəfər Seyidaslan oğlu xəstəxanada keçinib. Hər iki şəxs "KamAZ"a çırpılan "VAZ 2107"-nin sərnişini olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə iş başlanılıb. Araşdırmalar aparılır.
*** 10:21
Bakıda ağır yol qəzası baş verib.
Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 24 yaşlı Süleyman Həbibov idarə etdiyi “VAZ-2107” markalı, 90 NP 360 dövlət nömrə nişanlı maşınla yolu keçən piyada, 1978-ci il təvəllüdlü Zahid Kəlbiyevi vurub. Daha sonra idarəetməni itirən sürücü maşını yol kənarındakı “KamAZ” markalı yük maşınına çırpıb.
Nəticədə sürücü S. Həbibov və piyada aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər.
“VAZ-2107”də olan iki sərnişin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.