
Fars körfəzində İranla birləşən Harq adasındakı neft kəmərində sızma baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-ya danışan Genave Limanı və Dəniz Administrasiyasının sədri Kiamers Cokar mövzu ilə bağlı məlumat verib.
"Kəmərən Harq adasına sızan neft Genave sahillərinə dəyib. Neft Genave limanına mənfi təsir edib", - Cokar deyib.
İran rəsmisi dağılan neftin tez bir zamanda təmizlənməsinə başlanılmasını istəyib.
Qeyd edək ki, ötən il bölgədə sızma olduğu bildirilsə də, heç bir təmizləmə işləri aparılmayıb.
Malik Atilay



