Rusiyanın neft və təbii qaz gəlirləri ilin ilk 8 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 38 faiz azalaraq 4,8 trilyon rubla (təxminən 50 milyard dollar) düşüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin açıqladığı məlumatlara görə, ölkənin neft və təbii qaz gəlirləri avqust ayında əvvəlki ayla müqayisədə 20 faiz azalaraq 642,7 milyard rubl olub.
İlin ilk 8 ayında Rusiyanın neft və təbii qaz gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 38 faiz azalaraq 4,8 trilyon rubla düşüb.
Qeyd edək ki, bəzi Qərb ölkələri Ukrayna müharibəsi səbəbindən Rusiya nefti və təbii qazının idxalını dayandırsa da, bəzi ölkələr onu əhəmiyyətli dərəcədə azaltmaq qərarına gəlib.
Malik Atilay