Prezident İlham Əliyev Vidadi Rzaquliyevə "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sənədə əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində mühəndis fəaliyyəti sahəsində səmərəli xidmətlərinə görə Vidadi Əsgər oğlu Rzaquliyevə "Əməkdar mühəndis" fəxri adı verilib.