
Rusiya Müdafiə Nazirliyi Ukraynanın Belqorod, Kursk və Bryansk vilayətlərində pilotsuz uçuş aparatları (PUA) ilə yeni hücumlar həyata keçirdiyini açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada Ukraynanın saat 09:00 radələrində Rusiya ərazisində təyyarə tipli PUA ilə "terror aktı" həyata keçirməyə cəhd etdiyi, 1 PUA-nın isə Belqorod vilayəti üzərində vurulduğu bildirilib.
Açıqlamada, Rusiya hava hücumundan müdafiə sistemlərinin saat 10:00 radələrində Kursk və Bryansk bölgələri üzərində iki PUA-nın qarşısını aldığı, saat 10:30 radələrində isə Kursk bölgəsi üzərində Ukraynaya məxsus PUA-nın vurulduğu bildirilib.
Rusiya Müdafiə Nazirliyi gecə və səhər saatlarında Ukraynanın pilotsuz uçuş aparatının (PUA) hücumlarının Qara dəniz, Krım, Kursk və Bryansk vilayətlərində qarşısı alındığını bildirib.
Malik Atilay



