
Rusiyanın gecə saatlarında Ukraynanın Odessa vilayətindəki İzmail limanını vurduğu açıqlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamaya görə, Rusiya gecə saatlarında “Şahed” tipli PUA-larla Ukrayna ərazisinə hücum edib.
Rusiya ordusunun cənub-şərq istiqamətindən 38 PUA-nı havaya qaldırdığı qeyd edilən açıqlamada: “26 “Şahed” PUA-sı Ukrayna müdafiə qüvvələrimiz tərəfindən məhv edilib”, - deyilib
Malik Atilay



