Bakının Sabunçu rayonu ərazisində yerləşən parklardan birində yanğın başlayıb.
Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, metronun "Neftçilər" stansiyasından Bakıxanov qəsəbəsinə gedən yolun kənarında, Sabunçu rayon İcra Hakimiyyəti və doğum evinin yaxınlığındakı parkda ağaclar yanmağa başlayıb. Xeyli ağacı bürüyən yanğını söndürmək üçün 3 yanğınsöndürən maşın hadisə yerinə cəlb edilib.
Sabunçu rayon Yanğından Mühafizə Hissəsindən Lent.az-a bildirilib ki, alov 60 kvadrat metr sahəni əhatə edir və yanğının söndürülməsi üçün tədbirlər görülür.