Türkiyənin Ankara şəhərinin mərkəzində terror aktı törətməyə cəhd edən hücumçulardan birinin PKK üzvü olduğu müəyyən edilib.
525.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti Türkiyə Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
“Türkiyə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin giriş qapısı qarşısında terror aktı törədən terrorçulardan birinin şəxsiyyəti müəyyən edilib”, - deyə nəşr yazır.
Xatırladaq ki, oktyabrın 1-i səhər saatlarında Türkiyə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi yaxınlığında terror aktına cəhd olub. Daxili işlər naziri Əli Yerlikayanın verdiyi məlumata görə, iki terrorçu nəzarət qapısına yaxınlaşaraq partlayış törədib. Daxili İşlər Nazirliyinin iki əməkdaşı xəsarət alıb - onlar yüngül bədən xəsarətləri alıblar.
Havar Şəfiyeva