
Xaçmazda dənizdə batan şəxsin əsgər olduğu müəyyənləşib.
APA-nın əldə etdiyi məlumata görə, dünən Xaçmaz rayonu ərazisində dənizdə çimərkən batan, 1996-cı il təvəllüdlü Əliağa Yaşar oğlu Əliyev cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində xidmət edib.
Quba rayonundan hərbi xidmətə çağırılan Ə. Əliyev bir neçə gün əvvəl məzuniyyətə gəlibmiş.
*** 09:54
Xaçmazda ötən gün axşam saatlarında 18 yaşlı gənc dənizdə batıb.
525.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Xaçmaz rayonunda dənizdə (“Seyidli” sularda xilasetmə məntəqəsindən, təxminən, 2 km məsafədə, nəzarət olunmayan ərazidə) 1996-cı il təvəllüdlü Əliağa Yaşar oğlu Əliyev sərxoş halda çimərkən batıb.
Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb.
Ə. Əliyevin cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.



