|
|
|
|

Hazırda taxıl sazişinin uzadılması ilə bağlı irəliləyiş yoxdur.
525.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ankaradakı danışıqlardan xəbəri olan diplomatik mənbə bildirib.
Onun sözlərinə görə, indi irəliləyişdən danışmağa ehtiyac yoxdur. O, taxıl müqaviləsinin bərpası üçün danışıqlar prosesindəki vəziyyətlə bağlı sualı cavablandırıb.
Qeyd edək ki, sənəd Türkiyə, Rusiya, Ukrayna və BMT tərəfindən 22 iyul 2022-ci ildə İstanbulda imzalanıb. Onun qüvvədə olma müddəti - qüvvəyə mindiyi tarixdən 120 gün - bir neçə dəfə uzadılıb, lakin iyulun 17-də Rusiya tərəfi sazişdən çıxdığını bəyan edib. Rusiya tərəfinin nümayəndələri bu qərarı razılaşmanın Moskvanın tələbləri ilə bağlı hissəsinin heç vaxt yerinə yetirilməməsi ilə izah ediblər.
Havar Şəfiyeva



