"İŞİD" Rakka şəhərindəki Tabka Hərbi Hava Limanını ələ keçirdikdən sonra Suriyada vəziyyət daha da pisləşib.
Lent.az-ın haberturk.com saytına istinadən məlumatına görə, Tabkadan qaçan, aralarında zabitlər də olmaqla 250-ə yaxın Suriya əsgəri silahlılar tərəfindən tutularaq əsir götürülüb. Götürülən əsirlər lüt soyundurularaq boş ərazilərdə saxlanılır.
AFP-ə məlumat verən Suriya İnsan Haqları Müdafiəsi Təşkilatının müdiri Rami Abdülrəhman bildirib ki, qaçmağa çalışan 200-ə yaxın əsgər isə "İŞİD" əsgərləri tərəfindən öldürülüb.