|
|
|
|

Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti İbrahim Rəisi arasında danışıqların mövzuları Fələstin məsələsi və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi olacaq.
525.az "ISNA"ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Rusiyaya səfər etməzdən əvvəl bəyan edib.
“Bu səfərin əsas məsələlərindən biri Fələstin məsələsi və Qəzza zolağının bombalanmasını dayandırmaq, blokadanı aradan qaldırmaq və məzlum Fələstin xalqına kömək etmək səyləridir”, - deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, iki ölkənin "İTC"nin tikintisini başa çatdırmaq istəyi bu birgə iş üzrə danışıqların mərkəzi məsələlərindən birinə çevriləcək.
Havar Şəfiyeva



