|
|
|
|

Nazirliyin turizmi canlandırmaq məqsədi ilə bəzi ölkələr üçün vizaların birtərəfli qaydada ləğvi ilə bağlı hökumətə təklif verdiyini bildirən İranın mədəni irs, əl işləri və turizm naziri İzzətullah Zərqami: “Turizm Nazirliyinin müəyyən edilmiş prioritetlər istiqamətində 32 ölkəyə vizaların birtərəfli qaydada ləğv edilməsi təklifi Şura tərəfindən bəyənilib", - deyib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, mədəni irs, əl işləri və turizm naziri İzzətullah Zərqami paytaxt Tehranda keçirilən kabinet iclasından sonra mövzu ilə bağlı mətbuata açıqlama verib.
Hökumətin təklifi qəbul etdiyini və "ölkənin qapılarını dünyaya açmağa qərar verdiyini" deyən Zərqami: "Bu, hökumətin verdiyi çox cəsarətli və tədbirli bir qərar idi. Nazirlik olaraq bizim işimiz xalqla danışmaqdır. Və bu birtərəfli vizanın ləğvi əslində dünya xalqları ilə söhbət etmək deməkdir”, - deyə əlavə edib.
Qeyd edək ki , iranlı nazir hansı ölkələr üçün birtərəfli viza ləğvi qərarının verildiyini açıqlamayıb.
Malik Atilay



