Finlandiyanın paytaxtı Helsinki şəhərində Azərbaycan mədəniyyət günləri keçirilməsi planlaşdırılır.
525.az xəbər verir ki, Azərbaycan-Finlandiya Assosiasıyasının Kaisa Mədəniyyət Mərkəzində təşkil etdəcəyi tədbir çərçivəsində “Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr” İctimai Birliyinin dəstəyi ilə sərgi də baş tutacaq. Sərgidə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitablar və bukletlərin təqdimatı planlaşdırılır.
Tədbir çərçivəsində, həmçinin Azərbaycan Demokratik Respublikasının, Dağlıq Qarabağ münaqişəsinin tarixi, müasir dövrdə ölkəmizin sürətli inkişafı barədə sənədli filmlər nümayiş olunacaq. Layihədə görkənli ictimai xadim və elm adamlarının iştirakı da gözlənilir.