|
|
|
|

Tehrandan İranın Şiraz şəhərinə uçan "MD-82" tipli sərnişin təyyarəsi mühərrik nasazlığı səbəbindən İsfahanda məcburi eniş edib.
525.az xəbər verir ki, İsfahan Böhran Rəhbərliyi baş direktoru Mənsur Şişefuruş mövzu ilə bağlı məlumat verib.
Şişefuruş: "Tehran-Şiraz reysini həyata keçirən "MD-82" tipli sərnişin təyyarəsi mühərrik nasazlığı səbəbindən İsfahan Şəhid Beheşti hava limanına məcburi eniş edib", - deyib.
Qeyd edək ki, İran rəsmisi sərnişinlərin səhhətinin yaxşı olduğunu bildirsə də, təyyarənin aid olduğu aviaşirkət haqqında məlumat verməyib.
Məhəmməd Tağıyev



