Bakı Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.
525.az xəbər verir ki, hadisə Xırdalan qəbiristanlığının yaxınlığında qeydə alınıb. “Toyota Prius” markalı avtomobillə yük maşınının toqquşması nəticəsində sürücülər xəsarət alıb.
Fakt araşdırılır (APA).