|
|
|
|

Avropa İttifaqında (Aİ) Ukraynaya yardım məsələsində ciddi ziddiyyətlər yaranıb.
525.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov danışıb.
“Əlbəttə, biz başa düşürük ki, Aİ bu pulun ayrılmasını davam etdirmək məsələsində öz daxilində kifayət qədər ciddi ziddiyyətlər yaşayır”, - deyə Kreml sözçüsü bildirib.
Onun sözlərinə görə, ABŞ Ukraynada korrupsiyanın səviyyəsini yaxşı bilir və bu pulların ədalətli hissəsinin oğurlandığını başa düşür. Bu pulu ayıran ölkələrin rəhbərliyi də bunu başa düşür.
Havar Şəfiyeva



