|
|
|
|

Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi çərçivəsində 248 Rusiya əsgəri, 224 Ukrayna əsgəri və 6 mülki vətəndaş azad edilib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukrayna tərəfi ilə aparılan danışıqlar nəticəsində 248 rus əsgərinin azad edildiyi bildirilib.
Açıqlamada əsgərlərə lazımi tibbi və psixoloji dəstəyin göstərildiyi, həmin şəxslərin təyyarələrlə nazirliyə aid xəstəxanalara aparılacağı bildirilib.
Malik Atilay



