|
|
|
|

Rusiya Müdafiə Nazirliyi Strateji Raket Qüvvələrinin bu il 7 qitələrarası ballistik raket buraxmağı planlaşdırdığını bildirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirliyin Rusiya Strateji Raket Qüvvələrinin fəaliyyətləri ilə bağlı verdiyi açıqlamaya görə, Rusiya ordusunun raket sistemlərinin uçuşu və idarəetmə təlimləri çərçivəsində son 5 ildə 20-dən çox qitələrarası ballistik raket buraxılıb.
Açıqlamada: "Strateji Raket Qüvvələri 2024-cü ildə 7 qitələrarası ballistik raket atmağı planlaşdırır", - deyilib.
Qeyd edək ki, Rusiya Strateji Raket Qüvvələri ordunun strateji nüvə qüvvələrinin əsas komponenti kimi tanınır.
Malik Atilay



