Türkiyə ordusunun İraqın şimalındakı “Pençe-Kilit” əməliyyatı bölgəsində yaralanan hərbçilərindən sayı 9-a çatıb.
525.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bölgədə davam edən əməliyyat zamanı məhv edilən terrorçuların sayı 15 olub.
Bölgədə əməliyyatların davam etdiyi bildirilib.