|
|
|
|

Ermənistan Daxili İşlər Nazirliyi itkin düşən hərbçinin öldüyünü təsdiqləyib.
525.az APA-ya istinadən xəbər verir ki, Ermənistan DİN 20 yaşlı Beniamin Manuçaryanın meyitinin Tsxuni kəndi yaxınlığında qar uçqunu altında tapıldığını açıqlayıb.
***
Yanvarın 13-də əlverişsiz hava şəraitində döyüş mövqeyindən daimi dislokasiya yerinə gedən yolda itkin düşən Ermənistan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu ölüb.
525.az “Pastinfo"ya istinadən xəbər verir ki, valideynlərinə artıq hərbçinin meyitinin tapıldığı bildirilib.
Hələ ki, Ermənistan Müdafiə Nazirliyi hərbçinin ölümü ilə bağlı rəsmi məlumat yaymayıb.



