|
|
|
|

İranın Kirman şəhərində əsgərlərdən biri kazarmada 5 əsgər yoldaşını öldürüb.
525.az İranın rəsmi agentliyi İRNA-ya istinadən xəbər verir ki, İran Ordusu Cənub-Şərqi Regional Qərargah komandanı Əmir Qulamalian hadisə ilə bağlı məlumat verib.
Qulamalian: “Əsgərlərimizdən birinin yataqxanada yoldaşlarını atəşə tutması nəticəsində 5 nəfər həyatını itirib”, - deyib.
Hücumun səbəbinin hələ məlum olmadığını söyləyən iranlı komandir, beş əsgər yoldaşını qətlə yetirmiş hərbçinin Kirman ostanında saxlanıldığını bildirib.
“Həmin şəxs Zerend şəhərinin yaxınlığında saxlanılıb”, – briqada generalı Əmir Qulamalian açıqlayıb.
Malik Atilay



