Türkiyə Böyük Millət Məclisi (TBMM) İsveçin NATO-ya üzv olmaq barədə müraciətinə baxıb.
525.az "TRT Haber"ə istinadən xəbər verir ki, məsələnin təsdiqi üçün səsvermədə iştirak edən deputatların səs çoxluğu kifayət edib.
Sənədin lehinə 287 parlament üzvü səs verib.
Qeyd edək ki, TBMM-nin qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq fərmanı imzalamasından sonra qüvvəyə minəcək. Beləliklə, Macarıstan yeganə NATO ölkəsi olaraq qalır ki, parlamenti İsveçin üzvlük ərizəsini hələ ratifikasiya etməyib.
Qoşqar Bəylərov