Türkiyənin hərbi gəmilərin Qara dənizə girməsinin qarşısının alınması ilə bağlı mövqeyi dəyişməyib.
525.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın administrasiyasındakı mənbə bildirib.
“Mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Montrö Konvensiyasına əməl edilir”, - deyə agentliyin mənbəsi bildirib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransı zamanı Pentaqonun Qara dənizdə gəmiçilik məsələsi üzərində işləmək qərarı barədə danışıb. Onun sözlərinə görə, ABŞ Türkiyə hakimiyyətinə hərbi gəmilərin bölgəyə daxil olması qaydalarını dəyişməyə nail ola bilməyəcək.
Havar Şəfiyeva