|
|
|
|
Salyan sakini dəm qazından boğulub.
525.az xəbər verir ki, Salyan rayonunun Qaraçala kənd sakini 1966-cı il təvəllüdlü Əsədov Çingiz Alxan oğlu dəm qazından boğularaq ölüb.
Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır (APA).