İranın paytaxtı Tehranda xəstəxanada yanğın baş verib.
525.az xarici mediaya istinadən xəbər verir ki, İranın paytaxtı Tehranda Qandi adına xəstəxanada naməlum səbəbdən yanğın baş verib.
Tehran yanğınsöndürmə briqadasının sözçüsü Cəlal Maleki verdiyi açıqlamada, xəbərdarlığın ardından yanğınsöndürmə qruplarının hadisə yerinə göndərildiyini bildirib.
Qandi Xəstəxanasının direktoru yanğınla bağlı verdiyi açıqlamada: “Yanğının dəyən ziyanla bağlı hələlik heç bir məlumat yoxdur, yalnız yanğının xəstəxananın şərq tərəfindən başladığını bilirik", - deyib.
Tehran Polis İdarəsindən verilən açıqlamada yanğından sonra xəstəxanaya gedən bir çox yolun nəqliyyata bağlandığı, insanların xəstəxana ətrafına toplaşmaması ilə bağlı xəbərdarlıq edildiyi bildirilib.
Qeyd edək ki, yanğın zamanı ölən və ya yaralanan olub-olmadığı barədə hələlik açıqlama verilməyib.
Malik Atilay