|
|
|
|
Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 742,5 manat olub.
525.az-a bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, iki ay ərzində muxtar respublikada orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 18,1 % artıb.