|
|
|
|
"Rusiya və Azərbaycanın ticari-iqtisadi potensialını genişləndirmək imkanları var".
525.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Azərbaycan bizim qonşumuz, dostumuz, tərəfdaşımız və müttəfiqimizdir. Bizim bir sıra ümumi maraqlarımız, böyük əməkdaşlıq potensialımız və ən əsası, ikitərəfli münasibətlərimizin zəngin ənənələri var. Bu münasibətləri hərtərəfli davam etdirmək və inkişaf etdirmək üçün hər iki tərəfdə siyasi iradə mövcuddur”, - o vurğulayıb (“Report”).