|
|
|
|

İspaniyada muxtar vilayət olan Kataloniyanın başçısı Artur Mas sentyabrın 27-də fərman imzalayaraq müstəqillik referendumunu rəsmən elan edib.
“Media forum” saytı bildirir ki, referenduma “Siz Kataloniyanın dövlət olmasını istəyirsinizmi”, “Kataloniyanın müstəqil dövlət olmasını istəyirsinizmi” sualları çıxarılıb.
Referendum noyabrın 9-na təyin olunub.
Referenduma daha əvvəl vilayət parlamenti 106 deputat lehinə, 28 deputat əleyhinə olmaqla dəstək vermişdi.



