Sentyabrın 27-də Moskvanın Leninqrad prospektində "LifeNews" telekanalının əməkdaşına hücum olub.
Lent.az-ın Ria Novosti-yə istinadən məlumatına görə, bu barədə Rusiyanın Hüquq Mühafizə Orqanlarına məlumat daxil olub. Hücum edənlər jurnalisti döydükdən sonra onun 2 flaşkartını götürüblər.
Jurnalist kəllədaxili travma ilə xəstəxanaya yerləşdirilib.
Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti jurnalistin döyülməsi faktını təsdiqləyib. Əlavə məlumat verməsə də, hücum edən 3 şəxsdən ikisinin tutulduğunu bildirib.