Ukrayna Polşadan ildə 8-10 mlrd qaz tədarük etmək üçün 110 kilometr uzunluğunda qaz borusu çəkməyi planlaşdırır.
525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə UNİAN agentliyi məlumat yayıb.
Layihənin dəyəri 245 mln dollar təşkil edir.
Polşanın “Polenergia” şirkətinin idarə heyətinin sədr müavini Radoslav Dudzinski Polşada keçirilmiş biznes-forumda çıxışı zamanı qaz borusunun 2019-2010-ci illərdə işə salınacağını bildirib.
Qaz borusunun Lvov vilayətindəki “Bilçe-Volitsa” yeraltı qaz anbarlarından Ukrayna-Polşa sərhədindəki “Drozdoviçi” qaz-hesablayıcı stansiyasınadək çəkilməsi planlaşdırılıb.
Layihənin reallaşacağı təqdirdə Ukrayna Almaniyadan qaz ala biləcək. Bundan başqa, Polşanın Svinouystse şəhərində 2015-ci ildə istifadəyə veriləcək terminaldan maye qazın tədarük edilməsi də istisna olunmur.