|
|
|
|

Nepalın paytaxtı Katmandu şəhərinin şimalında dağlara düşən helikopterdə 5 nəfər həlak olub.
525.az xəbər verir ki, Nepal Mülki Aviasiya İdarəsinin verdiyi açıqlamaya görə, Katmandu Beynəlxalq Hava Limanından havaya qalxan helikopter havaya qalxdıqdan 3 dəqiqə sonra qüllə ilə əlaqəni kəsib.
Yerli hakimiyyət nümayəndələri bildiriblər ki, Katmandunun şimalında dağlarda qəzaya uğrayan helikopterin qalıqları arasından biri qadın olmaqla 5 nəfərin cəsədi çıxarılıb.
Qeyd edək ki, həyatını itirən 4 sərnişinin Çin vətəndaşı, pilotun isə Nepal vətəndaşı olduğu açıqlanıb.
Malik Atilay



