|
|
|
|

ABŞ 2026-cı ildə Rusiya və Çinlə nüvə yarışına hazırlaşmağa başlaya bilər.
525.az xəbər verir ki, bu barədə “The Economist” nəşri yazıb.
Qeyd olunub ki, Prezident Co Baydenin administrasiyası son vaxtlara qədər ağlasığmaz görünənə hazırlığa başlayıb. Onilliklər boyu dərin ixtisarlardan sonra Amerikanın nüvə qüvvələrini genişləndirir.
Bayden administrasiyasından nəşrə deyilib ki, ABŞ-ın hazırkı silahları hələ də cari təhlükələrə cavab verir, lakin gələcəkdə Birləşmiş Ştatlar bir sıra geosiyasi məsələlərdə Çin və Rusiya ilə ciddi rəqabət aparmalı olacaq və bu şəraitdə silahlanma yarışı görünür ölkə hökuməti üçün mühüm strateji məqama çevriləcək.
ABŞ-da yeni proqram çərçivəsində nə qədər nüvə başlığının yaradılacağı hələlik dəqiq məlum deyil. Bəzi mənbələr hesab edir ki, ABŞ özünü “düşmənin əsas şəhərlərini məhv edə biləcək” sayla məhdudlaşdırmalıdır. Nəşr yeni silahlanma yarışının miqyasının Soyuq Müharibə dövründəki rəqabətdən qat-qat yüksək ola biləcəyini vurğulayır.
Pərvanə Sultanova



