|
|
|
|

Avstriyanın Energetika Nazirliyi xəbərdarlıq edib ki, əgər Rusiya Avropa İttifaqına (Aİ) qaz tədarükünü tamamilə dayandırarsa, ölkə böyük risklərlə üzləşəcək.
525.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
“Avstriya Rusiya təbii qazının tədarükünün mümkün qəfil dayandırılmasında böyük risk görür. Ukrayna Silahlı Qüvvələrinin əsas transsərhəd tranzit məntəqəsinin yerləşdiyi Rusiya ərazisinə daxil olması Avropada yanacağın qiyməti kəskin artıb. Bu, enerji rəsmilərini və treyderləri tədarükün kəsilməsi ehtimalına görə narahat edir”, - məqalədə vurğulanıb.
Agentlik yazır ki, əgər Rusiyadan qaz axını qəfil dayanarsa və Avstriya İtaliyadan daha çox yanacaq nəql edə bilməsə, hökumətin dərc etdiyi ən pis ssenariyə görə, qaz anbarı ehtiyatları 2026-cı ilə qədər 15%-ə qədər azala bilər: “Daha çox ehtimal edilən başqa bir ssenari isə Rusiyadan yanacağın tədarükünün 2025-ci ilin yanvarından dayandırılacağını, lakin İtaliya vasitəsilə yeni tədarüklərin artan tələbatı ödəyə biləcəyini nəzərdə tutur. Beləliklə, 2027-ci ilə qədər Avstriyanın qaz anbarları 60% dolu olacaq”.
Pərvanə Sultanova



