|
|
|
|
Siqeru İsiba Yaponiyanın yeni Baş naziri ola bilər.
525.az “Bloomberg”ə istinadən xəbər verir ki, keçmiş müdafiə naziri hazırda hakim Liberal-Demokrat Partiyasında (LDP) ən populyar siyasətçidir.
“Fumio Kisidanı Baş nazir postunda kimin əvəzləyəcəyi hələlik məlum deyil. Baxmayaraq ki, keçmiş müdafiə naziri Siqeru İsiba yerli KİV-in sorğularında Kisidanın xələfi olmağa ən real namizəd kimi göstərilir. Digər namizədlərə gəldikdə, sorğularda İsibadan başqa, rəqəmsal transformasiya naziri Kono Taro, xarici işlər naziri Eko Kamikavu və keçmiş Baş nazir Dzyunitiro Koidzuminin oğlu Sindziro Koidzuminin adı çəkilir”, - deyə materialda qeyd olunur.
Üstəlik, hökumətin və LDP-nin populyarlığının azalmasına baxmayaraq, ekspertlər proqnozlaşdırırlar ki, hakim partiya müttəfiq “Komeyto” sağçı partiyası ilə birlikdə 2025-ci ildə keçiriləcək parlament seçkilərində qalib gələcək.
Xatırladaq ki, daha əvvəl hazırkı Baş nazir Fumio Kisida hakim partiyanın sədri vəzifəsinə namizəd olmayacağını bildirib. Kisida qeyd edib ki, onun qərarı LDP-nin dəyişməsi yolunda ilk addımdır.
İbrahim Cəfərov