ABŞ-nin dövlət katibi Entoni Blinken İsrailə 20 milyard dollarlıq potensial silah satışını təsdiqləyib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahıya 50 ədəd F-15 qırıcıları, 30 orta mənzilli hava raketi AIM-120 AMRAAM, 120 mm-lik tank sursatları, minaatan sursatları, M1148A1P2 taktiki maşınları və s. daxildir.
“ABŞ İsrailin təhlükəsizliyinə sadiqdir. İsrailin inkişafına kömək etmək və onun güc potensialını artırmasına, özünümüdafiyə hazır olmasını dəstəkləmək bizim milli maraqlarımıza uyğundur və vacibdir. Ehtimal olunan satış bu məqsədlərə tam uyğundur”, - deyə məlumatda bildirilir.
O da qeyd olunur ki, İsrail bu alışı həyata keçirməklə ərazisi üçün indiki və gələcək, eləcə də regional təhlükələrə lazımi şəkildə cavab verə biləcək.
İbrahim Cəfərov