Uqanda məhkəməsi Lordun Müqavimət Ordusunun keçmiş komandiri Tomas Kvoyeli insanlığa qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirli bilib.
525.az “The Africareport”a istinadən xəbər veir ki, ona qarşı iki onillik davam edən qanlı üsyan zamanı törədilmiş cinayətlərlə bağlı 78 ittiham irəli sürülüb.
Uqanda məhkəməsinin baş hakimi Maykl Elubu deyib ki, o, 44 cinayətdə təqsirli bilinir. Cinayətlərə qətl, zorlama, işgəncə, qarət, qaçırma və məcburi köçkünlər üçün yaşayış məntəqələrinin dağıdılması daxildir.
Lordun Müqavimət Ordusu 1980-ci illərdə Uqandada özünü peyğəmbər elan edən Cozef Koni tərəfindən yaradılıb. Onun prezident Yoveri Museveniyə qarşı üsyanı Uqandadan Sudana, Konqo Demokratik Respublikası və Mərkəzi Afrika Respublikasına yayılan terror hadisələri törətməklə 100 mindən çox insanın öldürülməsi, 60 min uşağın qaçırılması ilə nəticələnib.
Kvoyelo 2009-cu ilin martında Konqoda regional qüvvələrin Uqandadan üsyançılara qarşı apardığı əməliyyat zamanı həbs edilib. O, 2011-ci ilin iyulunda mühakimə olunub, lakin iki ay sonra Ali Məhkəmənin qərarı ilə azad edilib. Lakin prokurorluq apellyasiya şikayəti verib, iş dəfələrlə yubansa da, Kvoyelo yenidən mühakimə olunub.
Pərvanə Sultanova