Hadisə ötən gün axşam saatlarında Səbail rayonu ərazisində baş verib. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 54 yaşlı Tamam Mikayılova naməlum şəraitdə möhkəm döyülüb. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.