https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026

Messi DÇ-2026-da iştirak edib-etməyəcəyi haqda

Messi DÇ-2026-da iştirak edib-etməyəcəyi haqda

Argentina millisinin və "İnter Mayami"nin kapitanı Lionel Messi DÇ-2026-da iştirak edib-etməyəcəyi haqda danışıb.

QOL.az ESPN-ə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu deyib: 

"Bir çox insan məndən bu barədə soruşur, xüsusən də Argentinada. Ümid edirəm ki, bu ili yaxşı başa vurub, gələn ilə yaxşı başlayacağam. 

Sonra işlərin necə getdiyini və özümü necə hiss etdiyimi görəcəyəm. Həm çox vaxt qalmayıb, həm də  çox vaxt qalıb. Çünki futbolda hər şey ola bilər. Mən indi DÇ-2026-da oynamağı düşünmürəm, mən sadəcə bu günü yaşayıram. Bundan başqa heç nə fikirləşmirəm”.

Qeyd edək ki, Messi 2022-ci ildə Argentina millisi ilə dünya çempionu olub. Forvard ötən ilin yayından "İnter Mayami"də oynayır. O, bu mövsüm "İnter Mayami"nin heyətində 20 oyun keçirib, 20 qol vurub və 11 qolun ötürməsini verib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.